C Company
  • 1.1K

Company

Other

Anbardar

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Anbardar

  • Истекает 29 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Malların düzgün qəbulu, yerləşdirilməsi və çıxışı proseslərinin icrasına nəzarət etmək;
  • Məhsulların anbara düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;  
  • Günlük anbar hərəkətlərini Excel və ya anbar proqramında qeydiyyata almaq;
  • Sayım və inventarizasiya proseslərində iştirak etmək;
  • Anbarın təmiz, səliqəli və təhlükəsiz saxlanmasına nəzarət etmək.

Namizədə tələblər:

  • Anbardar vəzifəsində ən azı 2 il iş təcrübəsi;
  • Təhsil- ali (iqtisadiyyat və ya hümunitar sahələr üzrə ixtisası olması arzu olunandır)
  • MS Office, xüsusilə Excel və ERP anbar idarəetmə proqramlarından sərbəst istifadə bacarığı;
  • Dil biliyi- Azərbaycan dili yaxşı, İngilis dili və Rus dili orta səviyyədə;
  • Şəxsi keyfiyyətlər-dəqiqlik, məsuliyyət və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Hərbi xidməti başa vurmuş namizədlərə üstünlük verilir.

Əmək haqqı və iş şərtləri:

  • Əmək haqqı: 1000-1300 AZN (namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq);
  • Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi; 
  • İş qrafiki: 6 günlük iş həftəsi və qrafikə uyğun həftədə 1 gün istirahət;
  • İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsinin şimal-şərqində, Sahil–Müşfiq avtomobil yolunun şərq hissəsində yerləşən zavod ərazisi;
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

İşə qəbul zamanı Qaradağ rayonu ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Anbardar” yazaraq göndərə bilərlər. 

  • Daily2
  • Weekly588
  • Monthly208