Əsas vəzifə öhdəlikləri:
- İcarəyə veriləcək malların (beton qəliblər və əlaqəli avadanlıq) qəbulu və sistemə daxil edilməsi
- Anbardan çıxışı zamanı malların uçota alınması və yola salınmasının təşkili
- Malların göndərildiyi tikinti/layihə ərazisində fiziki təhvil-təslim prosesində bilavasitə iştirak
- Təhvil-təslim (TT) zamanı bütün müşayiət sənədlərinin (qaimə, akt və s.) düzgün tərtib olunmasına, imza və möhürlənməsinə nəzarət
- Kirayə müddəti bitdikdən sonra malların geri qaytarılması prosesinin təşkili və uçota alınması
- Bütün sənədlərin vaxtında mühasibatlığa ötürülməsi
- Anbarda mal qalığının davamlı uçotu və inventarizasiyada iştirak
Namizədə tələblər:
- Anbar uçotu sahəsində təcrübə (tikinti/təchizat sahəsində təcrübə üstünlükdür)
- Sənədləşmə və uçot proqramları ilə iş bacarığı
- Sürücülük vəsiqəsi üstünlükdür (layihə ərazilərinə ezamiyyət tələb oluna bilər)
- Rus dili mütləq
- Məsuliyyətlilik, dəqiqlik, komanda ilə işləmək bacarığı
İş yeri: Bakı, iş zərurətindən asılı olaraq tikinti/layihə ərazilərinə ezamiyyət (bakıda)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.