C Company
  • 283

Company

Digər

Aparıcı hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı hüquqşünas

  • Deadline 11 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumatlar:

  • Azərbaycan Respublikasının məhkəmələrində qurumun hüquqi və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
  • Qurumun fəaliyyət istiqamətinə uyğun olaraq hüquqi akt layihələrinin hazırlanmasında, həmçinin təqdim edilmiş hüquqi akt layihələrinə rəy və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Quruma  daxil olan ərizə, şikayət və məktublara aidiyyəti üzrə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • Qurumun  qanunvericilik bazasının formalaşdırılmasında, mütəmadi olaraq təkmilləşdirilməsində və yenilənməsində, hüquqi təminat işinin aparılmasında iştirak etmək;
  • Qurumun fəaliyyəti ilə bağlı mülki, idarələrarası, satınalma və s. xarakterli müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək; 
  • Qurumun idarəetmə orqanlarının iclaslarının təşkilində, iclas protokollarının və digər sənədlərin hazırlanmasında iştirak etmək;

Namizədə tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 2 il iş stajı (dövlət müəssisələrdə və ya sığorta sahəsində iş stajının olması arzuolunandır);
  • Azərbaycan dilində yüksək səviyyədə biliklər, (rus və ingilis dillər bilmək arzuolunandır);
  • Azərbaycan Respublikasının qanunvericiliyini, xüsusilə Mülki, Əmək, Mülki və İnzibati prosessual məcəllələrini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək;
  • Məsuliyyətlik, diqqətçilik, komandada işləmə və araşdırma bacarığına malik olmaq;
  • Microsoft Office proqramlarında sərbəst işləmək.

Əlavə qeydlər:

  • İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək;
  • Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək.

Namizədlərdən CV-ni “Aparıcı hüquqşünas” mövzusu ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily99
  • Weekly630
  • Monthly1270