İş barədə məlumatlar:
- Azərbaycan Respublikasının məhkəmələrində qurumun hüquqi və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Qurumun fəaliyyət istiqamətinə uyğun olaraq hüquqi akt layihələrinin hazırlanmasında, həmçinin təqdim edilmiş hüquqi akt layihələrinə rəy və təkliflərin hazırlanmasında iştirak etmək;
- Quruma daxil olan ərizə, şikayət və məktublara aidiyyəti üzrə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
- Qurumun qanunvericilik bazasının formalaşdırılmasında, mütəmadi olaraq təkmilləşdirilməsində və yenilənməsində, hüquqi təminat işinin aparılmasında iştirak etmək;
- Qurumun fəaliyyəti ilə bağlı mülki, idarələrarası, satınalma və s. xarakterli müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Qurumun idarəetmə orqanlarının iclaslarının təşkilində, iclas protokollarının və digər sənədlərin hazırlanmasında iştirak etmək;
Namizədə tələblər:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Sahə üzrə ən azı 2 il iş stajı (dövlət müəssisələrdə və ya sığorta sahəsində iş stajının olması arzuolunandır);
- Azərbaycan dilində yüksək səviyyədə biliklər, (rus və ingilis dillər bilmək arzuolunandır);
- Azərbaycan Respublikasının qanunvericiliyini, xüsusilə Mülki, Əmək, Mülki və İnzibati prosessual məcəllələrini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək;
- Məsuliyyətlik, diqqətçilik, komandada işləmə və araşdırma bacarığına malik olmaq;
- Microsoft Office proqramlarında sərbəst işləmək.
Əlavə qeydlər:
- İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək;
- Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək.
Namizədlərdən CV-ni “Aparıcı hüquqşünas” mövzusu ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.