İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 - 14:00
- Nahar tərəfimizdən təmin olunur
- Əmək haqqı: Razılaşma yolu ilə
Əsas Vəzifələr:
- Şöbə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası
- Şirkətin aylıq, rüblük və illik büdcələrin hazırlanması və icrasına nəzarət.
- Maliyyə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Vergi və mühasibat uçotu üzrə proseslərin düzgünlüyünə nəzarət (mühasibatlıqla koordinasiya).
- İstehsalat üzrə maya dəyərlərinin hesablanması və planlaşdırılmış maya dəyəri ilə müqayisəli hesabatların hazırlanması
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və likvidliyin idarə olunması.
- Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması üzrə təhlillərin aparılması.
- Audit proseslərində iştirak və auditor sorğularının cavablandırılması.
- Rəhbərliyə strateji qərarların qəbulu üçün maliyyə əsaslandırmaları təqdim etmək.
- Vergi hesabatlarının düzgün uçotu üçün dövriyyələrin və xərclərin uçotuna nəzarət
- 1C proqramı üzrə əmək haqqı uçotunun düzgünlüyünün yoxlanılması
- Faktiki göstəricilərin büdcə ilə müqayisəli təhlilinin aparılması və hesabatların aylıq olaraq hazırlanması
- 1C proqramı üzrə dövriyyə balans cədvəlinin düzgünlüyünün yoxlanılması və ay bağlantısının verilməsində şöbə rəhbərinə dəstəyin göstərilməsi
Tələblər:
- ACCA FA, ACCA MA və ya digər beynəlxalq sertifikatlar (üstünlükdür)
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
- Maliyyə təhlili və büdcələşdirmə üzrə minimum 3 il iş təcrübəsi
- MS ofis proqramları (xüsusilə Excel, Word) üzrə yüksək səviyyyədə işləmə bacarığı
- 1C 8.3 versiyasında yüksək səviyyədə işləmə bacarığı
Vakansiya tələblərinə uyğun olan namizədlər “CV”–lərini “Aparıcı Maliyyə Mütəxəssisi” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.