C Company
  • 373

Company

Digər

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 7 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumatlar:

  • Təşkilatın əmlakını, kapitalını, öhdəliklərini, dövriyyə aktivlərini və bütün maliyyə-təsərrüfat fəaliyyətindəki digər əməliyyatlarının mühasibat uçotunu və hesabatlarını aparmaq;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab-fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək; 
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Dövlət Xəzinədarlıq Agentliyində müvafiq xəzinə hesabında əməliyyatların aparılması;
  • Təşkilatın növbəti il üçün büdcə proqnozu üzrə layihələrinin hazırlanmasında iştirak etmək;
  • İşçilərin əməkhaqqlarının hesablanmasını və ödənilməsini həyata keçirtmək;
  • Əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparmaq;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirmək;
  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
  • Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada maliyyə, vergi və statistika hesabatlarını hazırlamaq;
  • Təşkilatın anbarında olan maddi resursların hərəkətinin uçotunu aparmaq;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək (rus və ingilis dillər biliyi arzuolunandır);
  • 1C proqramında işləmək bacarığı;
  • Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
  • Analitik düşünmək və problem həll etmək bacarığı;
  • Komandada işləmə bacarığı.

Əlavə qeydlər:

  • 09:00 – 18:00 iş saatları, 5 günlük iş rejimi
  • Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək

Namizədlərdən CV-ni “Aparıcı mühasib” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly478
  • Monthly597