Şirkət Mühasibatlıq xidməti və Kassa aparatlarının satışı ilə məşğuldur.
Qeyd: Şirkətin Bakı və Xırdalan filialı mövcuddur..İşə qəbul olunmuş şəxs, xitmət üçün Xırdalan ofisinə də göndərilə bilər . Bu müddət yanlız hesabat dönəminə şamil olunur.
Vəzifə öhdəlikləri
- Vergi və mühasibat uçotunun aparılması
- Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Mənfəət,ƏDV, Əmlak, ÖMV, DSMF və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi.
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi.
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Mühasibat uçotunun "1C 8.3" proqramında aparılması
İş barədə məlumat:
- Əmək haqqı: 800 AZN ( Başlanğıc )
- İş rejimi: 5 günlük iş rejimi
Namizədə tələblər:
- Ali tehsil
- Minimum 3 il iş təcrübəsi
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Maliyyə qanunvericiliyi üzrə biliklər
- 1C, MS Excel və digər ofis proqramlarında işləmə bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və hesabatlılıq
- Rus dili biliyi üstünlükdür.
- Xanım namizədlərə üstünlük verilir
- Yaş: 24-40
Ünvan - Ziya Bünyadov 11B
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi - 0552901991 Rübabə xanım