Şəmkir, Gəncə, Göygöl ərazisində yerləşən bağ sahəsinə təcrübəli aqronom tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək;
- Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;
- Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
- Becərmə və yığım müddətlərinin vaxt qrafikini tərtib etmək;
- Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
- Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
- Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;
- Bağları mütəmadi monitorinq etmək;
- Xəstəliklər, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
- Problemin səviyyəsindən asılı olaraq optimal mübarizə üsullarını seçmək və tətbiq etmək;
- İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatlar hazırlamaq;
- Becərmə tədbirlərinin (şumlama, kultivasiya və s.) planlaşdırılması və icrasına nəzarət etmək;
- İllik və mövsümi aqrotexniki tədbirlər planlarını hazırlamaq və tətbiqinə nəzarət etmək;
- Damlama və digər suvarma sistemlərinin işinə nəzarət etmək;
- Bitkilərin inkişaf mərhələsinə uyğun gübrələmə planları hazırlamaq;
- Meyvə ağaclarının düzgün budanması üzrə planlar hazırlamaq;
- Məhsulun zədələnmədən toplanması, çeşidlənməsi və saxlanma şəraitinə nəzarət etmək;
- Mövsümi hesabatları və növbəti il üçün inkişaf planlarını hazırlamaq;
- İşçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə nəzarət etmək;
- İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
- Daxili nizam-intizam qaydalarına əməl etmək;
- Əmək təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- İş zamanı insan reaksiyasını və iş qabiliyyətini azaldan vasitələrdən (alkoqol, narkotik, psixotrop, yuxu və antidepresant dərmanlar) istifadə etməmək;
- İş ərazisini təmiz, təhlükəsiz və qaydalara uyğun saxlamaq;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və vicdanla yerinə yetirmək;
- Müəssisənin mənfəətlərini vicdanlılıq və etimad prinsipi əsasında qorumaq;
- Müəssisənin kommersiya sirlərini saxlamaq;
- Müəssisənin maraqlarına zərər gətirə biləcək hərəkətlərdən çəkinmək;
- Vəzifə borclarını düzgün və məsuliyyətlə yerinə yetirmək;
- Əmək funksiyasının icrası zamanı səhlənkarlığa və diqqətsizliyə yol verməmək.
Vəzifə Tələbləri:
- Ali təhsil (aqrar sahə üzrə);
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Gübrələmə, suvarma, pestisidlər və xəstəliklərə qarşı mübarizə üsulları üzrə biliklər;
- Aqrotexniki tədbirlərin planlaşdırılması və həyata keçirilməsi sahəsində biliklər;
- Analitik düşüncə və analiz etmə qabiliyyəti;
- Dəqiqlik, məsuliyyətlilik və çeviklik;
- Səbirlilik və stressə davamlılıq;
- Nizam-intizamlı və diqqətli olmaq;
- Nəticə və xidmət yönümlü yanaşma.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.