Aqronom

  • Истекает 4 декабрь 2025

Şəmkir, Gəncə, Göygöl ərazisində yerləşən bağ sahəsinə təcrübəli aqronom tələb olunur.

Vəzifə Öhdəlikləri:

 

  • Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək;
  • Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;
  • Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
  • Becərmə və yığım müddətlərinin vaxt qrafikini tərtib etmək;
  • Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
  • Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
  • Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;
  • Bağları mütəmadi monitorinq etmək;
  • Xəstəliklər, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
  • Problemin səviyyəsindən asılı olaraq optimal mübarizə üsullarını seçmək və tətbiq etmək;
  • İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatlar hazırlamaq;
  • Becərmə tədbirlərinin (şumlama, kultivasiya və s.) planlaşdırılması və icrasına nəzarət etmək;
  • İllik və mövsümi aqrotexniki tədbirlər planlarını hazırlamaq və tətbiqinə nəzarət etmək;
  • Damlama və digər suvarma sistemlərinin işinə nəzarət etmək;
  • Bitkilərin inkişaf mərhələsinə uyğun gübrələmə planları hazırlamaq;
  • Meyvə ağaclarının düzgün budanması üzrə planlar hazırlamaq;
  • Məhsulun zədələnmədən toplanması, çeşidlənməsi və saxlanma şəraitinə nəzarət etmək;
  • Mövsümi hesabatları və növbəti il üçün inkişaf planlarını hazırlamaq;
  • İşçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə nəzarət etmək;
  • İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
  • Daxili nizam-intizam qaydalarına əməl etmək;
  • Əmək təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • İş zamanı insan reaksiyasını və iş qabiliyyətini azaldan vasitələrdən (alkoqol, narkotik, psixotrop, yuxu və antidepresant dərmanlar) istifadə etməmək;
  • İş ərazisini təmiz, təhlükəsiz və qaydalara uyğun saxlamaq;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və vicdanla yerinə yetirmək;
  • Müəssisənin mənfəətlərini vicdanlılıq və etimad prinsipi əsasında qorumaq;
  • Müəssisənin kommersiya sirlərini saxlamaq;
  • Müəssisənin maraqlarına zərər gətirə biləcək hərəkətlərdən çəkinmək;
  • Vəzifə borclarını düzgün və məsuliyyətlə yerinə yetirmək;
  • Əmək funksiyasının icrası zamanı səhlənkarlığa və diqqətsizliyə yol verməmək.

Vəzifə Tələbləri:

  • Ali təhsil (aqrar sahə üzrə);
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Gübrələmə, suvarma, pestisidlər və xəstəliklərə qarşı mübarizə üsulları üzrə biliklər;
  • Aqrotexniki tədbirlərin planlaşdırılması və həyata keçirilməsi sahəsində biliklər;
  • Analitik düşüncə və analiz etmə qabiliyyəti;
  • Dəqiqlik, məsuliyyətlilik və çeviklik;
  • Səbirlilik və stressə davamlılıq;
  • Nizam-intizamlı və diqqətli olmaq;
  • Nəticə və xidmət yönümlü yanaşma.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily80
  • Weekly307
  • Monthly328