İş barədə məlumat:
- Bakterioloji prosesə riayət olunmasına nəzarət;
- Bakterioloji tədqiqat metodlarında bacarıq;
- Bakterioloji proseslə bağlı sənədlərin dəqiq, vaxtında və normativ sənədlərə uyğun şəkildə hazırlanması, idarə olunması və saxlanılması;
- Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların normativ sənədlərinə əsasən sənədlərin tərtibi;
- Bakterioloji sənədləşmədə səhvlərin qarşısını almaq üçün yoxlamaların aparılması;
Namizədə dair tələblər:
- Bakteriologiya üzrə ali peşə təhsili və ixtisası;
- Laboratoriya sənədləri və normativ hüquqi aktlar haqqında biliklər;
- Elektron sənədlərlə və proqram təminatı ilə işləmək bacarığı;
- Tibbi etikaya və konfidensiallığa əməl etmək;
- Komandada işləmək və operativ qərarvermə bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: I-V gün 09:00-18:00.
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir
- Bakı şəh.,Nəsimi rayonu.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Bakterioloq üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.