Baş Aşpaz - koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Aşpaz - koordinator

  • Deadline 27 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran, catering və tədbir xidmətlərimizin mətbəx əməliyyatlarının idarə edilməsi üçün komandamıza təcrübəli Baş Aşpaz axtarırıq.

Axtardığımız namizəd mətbəx komandasını idarə edə bilən, menyuların hazırlanması, məhsul və xərclərə nəzarət, yeməklərin keyfiyyəti və mətbəx proseslərinin effektiv təşkilinə cavabdeh olan mütəxəssisdir.

Əsas vəzifələr:

  • Restoran, catering və tədbirlər üzrə mətbəx əməliyyatlarının koordinasiyası və idarə edilməsi;
  • Menyuların hazırlanması, yenilənməsi və yeməklərin təqdimat standartlarının müəyyən edilməsi;
  • Yeməklərin keyfiyyətinə, dadına, porsiya standartlarına və təqdimatına nəzarət;
  • Mətbəx komandasının idarə edilməsi, iş bölgüsü, növbə planlaması və performansına nəzarət;
  • Məhsul sifarişlərinin, anbar ehtiyatlarının, məhsul istifadəsinin və silinmələrin idarə edilməsi;
  • Food cost, məhsul itkiləri və mətbəx xərclərinə nəzarət;
  • Texnoloji kartların hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
  • Catering və tədbirlər üçün menyu, məhsul, personal və hazırlıq planlamasının təşkili;
  • Qida təhlükəsizliyi, sanitariya və mətbəx standartlarının təmin edilməsi;
  • Mətbəx proseslərinin təkmilləşdirilməsi və effektivliyin artırılması üzrə təkliflərin hazırlanması.

Namizədə tələblər:

  • Restoran və ya catering sahəsində minimum 5 il iş təcrübəsi, Baş aşpaz vəzifəsində minimum 2–3 il təcrübə;
  • Restoran, catering və tədbir mətbəxlərinin idarə edilməsi üzrə praktiki təcrübə;
  • Mətbəx komandasını idarə etmək və iş proseslərini təşkil etmək bacarığı;
  • Menyu hazırlanması və texnoloji kartların tərtibi üzrə təcrübə;
  • Food cost, məhsul istifadəsi və mətbəx xərclərinin idarə edilməsi üzrə bilik;
  • Məhsul keyfiyyəti, qida təhlükəsizliyi və sanitariya qaydaları üzrə bilik;
  • Təşkilatçılıq, liderlik, məsuliyyət və operativ qərarvermə bacarığı.

İş şəraiti:

  • İş yeri: Xətai rayonu, Ağ Şəhər
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: 2000 - 3000 Azn. Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Baş Aşpaz-koordinator” qeyd etməklə göndərə bilərsiniz.

  • Daily109
  • Weekly474
  • Monthly1938