Öhdəliklər:
- İstehsalatda elektrik və enerji daşıyıcılarının fasiləsiz, təhlükəsiz və stabil təmin olunmasına nəzarət etmək
- İstehsalat sobaları, formalaşdırma xətləri və digər texnoloji avadanlıqların enerji ilə təminatını koordinasiya etmək
- Elektrik enerjisi və qaz sərfiyyatına nəzarət etmək, enerji itkilərinin azaldılması üzrə tədbirlər görmək
- Transformatorlar, generatorlar, paylayıcı qurğular və qaz xətlərinin istismarına və texniki vəziyyətinə nəzarət etmək
- Planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili və icrasına rəhbərlik etmək
- Qəza hallarında operativ müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək
- Energetika sahəsi üzrə SƏTƏM və texniki təhlükəsizlik qaydalarına, enerji daşıyıcıları ilə işləyən sistemlərə dair normativ tələblərə riayət olunmasına nəzarət etmək
- Tabeçiliyində olan heyətinin işinin təşkili, növbələrin planlaşdırılması və fəaliyyətinə nəzarət etmək
- Enerji təsərrüfatı üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil (Energetika / Elektrik mühəndisliyi üzrə)
- Yüksək temperaturla çalışan enerji təminatı sistemləri üzrə dərin biliklər
- Enerji daşıyıcıları ilə işləyən sənaye avadanlıqlarının istismarı üzrə təcrübə
- Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə üstünlükdür
- Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi
- Rus dili arzuolunandır
- MS Office proqramları üzrə biliklər
İş şəraiti:
- İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
- İş yeri Sumqayıt
- Nahar əvəzi əlavə ödəniş
- Servis xidməti mövcuddur
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Müraciət qaydası:
Mövzu hissəsində “Baş Energetik” qeyd etməklə cv-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.