Funksional vəzifələr
- Layihələndirilən obyekt üzrə memarlıq konsepsiyasının hazırlanması və layihə tələblərinin müəyyən edilməsi
- Layihənin memarlıq hissəsinin hazırlanmasına rəhbərlik etmək və dizayn prosesinin bütün mərhələlərinə nəzarət etmək (eskiz, ilkin layihə, işçi layihə və s.)
- Layihə-smeta sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə qüvvədə olan normativ sənədlərin, texniki şərtlərin və standartların tətbiqini təmin etmək
- Memarlıq layihələrinin qüvvədə olan tikinti norma və qaydalarına, texniki standartlara və şəhərsalma tələblərinə uyğunluğunu təmin etmək
- Layihənin memarlıq hissəsinin digər mühəndis bölmələri (konstruksiya, MEP, landşaft və s.) ilə koordinasiyasını təmin etmək
- Layihələrin müəyyən olunmuş müddətlərdə və tələb olunan keyfiyyət səviyyəsində hazırlanmasına nəzarət etmək
- Layihə üzrə memar və texniki heyət arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək və dizayn prosesinə rəhbərlik etmək
- Tikinti prosesində layihə üzrə müəllif nəzarətini həyata keçirmək və layihə həllərinin düzgün tətbiq olunmasına nəzarət etmək
- Tikintidə istifadə olunan materialların, konstruksiyaların və məmulatların təsdiq olunmuş layihə sənədlərinə və texniki standartlara uyğunluğunu yoxlamaq
- Layihə həllərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsində və texniki həllərin optimallaşdırılmasında iştirak etmək
- Subpodrat layihə təşkilatları üçün texniki tapşırıqlar hazırlamaq və onların fəaliyyətini koordinasiya etmək
- Layihə təkliflərinin, baş planların və memarlıq həllərinin müvafiq dövlət qurumları ilə razılaşdırılması və təqdimat prosesində iştirak etmək
- Müasir layihələndirmə metodlarını, beynəlxalq təcrübəni və innovativ memarlıq həllərini daim izləmək və tətbiq etmək
Peşəkar bilik və bacarıqlar
- Memarlıq və şəhərsalma prinsipləri üzrə dərin nəzəri və praktiki biliklər
- Tikinti layihələrinin planlaşdırılması və layihələndirmə proseslərinin təşkili üzrə biliklər;
- Tikinti materialları və konstruksiyalarının xüsusiyyətləri barədə biliklər
- Layihə-smeta sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə standart və normativ sənədlər barədə biliklər
- Layihə və tikinti üzrə texniki-iqtisadi hesablamaların aparılması bacarığı
- Layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodologiyalar barədə məlumatlılıq
- Multidissiplinar layihə komandaları ilə koordinasiya və idarəetmə bacarığı
- Analitik düşünmə, problemlərin operativ həlli və qərarvermə bacarıqları
- Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları
İxtisas tələbləri
- Memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Memarlıq və layihələndirmə sahəsində minimum 5 il iş təcrübəsi
- Böyük tikinti layihələrində memar və ya aparıcı memar kimi iş təcrübəsi üstünlükdür
Proqram bilikləri:
- AutoCAD – yüksək səviyyədə
- Revit və ya ArchiCAD – üstünlükdür
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı
Dil bilikləri:
- Azərbaycan dili – yüksək səviyyədə
- İngilis və rus dili biliyi üstünlükdür
CV, portfolio və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə vakansiyanın adını yazaraq göndərə bilərsiniz.