C Company

Company

Digər

Baş Memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Memar

  • Deadline 6 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Funksional vəzifələr

  • Layihələndirilən obyekt üzrə memarlıq konsepsiyasının hazırlanması və layihə tələblərinin müəyyən edilməsi
  • Layihənin memarlıq hissəsinin hazırlanmasına rəhbərlik etmək və dizayn prosesinin bütün mərhələlərinə nəzarət etmək (eskiz, ilkin layihə, işçi layihə və s.)
  • Layihə-smeta sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə qüvvədə olan normativ sənədlərin, texniki şərtlərin və standartların tətbiqini təmin etmək
  • Memarlıq layihələrinin qüvvədə olan tikinti norma və qaydalarına, texniki standartlara və şəhərsalma tələblərinə uyğunluğunu təmin etmək
  • Layihənin memarlıq hissəsinin digər mühəndis bölmələri (konstruksiya, MEP, landşaft və s.) ilə koordinasiyasını təmin etmək
  • Layihələrin müəyyən olunmuş müddətlərdə və tələb olunan keyfiyyət səviyyəsində hazırlanmasına nəzarət etmək
  • Layihə üzrə memar və texniki heyət arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək və dizayn prosesinə rəhbərlik etmək
  • Tikinti prosesində layihə üzrə müəllif nəzarətini həyata keçirmək və layihə həllərinin düzgün tətbiq olunmasına nəzarət etmək
  • Tikintidə istifadə olunan materialların, konstruksiyaların və məmulatların təsdiq olunmuş layihə sənədlərinə və texniki standartlara uyğunluğunu yoxlamaq
  • Layihə həllərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsində və texniki həllərin optimallaşdırılmasında iştirak etmək
  • Subpodrat layihə təşkilatları üçün texniki tapşırıqlar hazırlamaq və onların fəaliyyətini koordinasiya etmək
  • Layihə təkliflərinin, baş planların və memarlıq həllərinin müvafiq dövlət qurumları ilə razılaşdırılması və təqdimat prosesində iştirak etmək
  • Müasir layihələndirmə metodlarını, beynəlxalq təcrübəni və innovativ memarlıq həllərini daim izləmək və tətbiq etmək

Peşəkar bilik və bacarıqlar

  • Memarlıq və şəhərsalma prinsipləri üzrə dərin nəzəri və praktiki biliklər
  • Tikinti layihələrinin planlaşdırılması və layihələndirmə proseslərinin təşkili üzrə biliklər;
  • Tikinti materialları və konstruksiyalarının xüsusiyyətləri barədə biliklər
  • Layihə-smeta sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə standart və normativ sənədlər barədə biliklər
  • Layihə və tikinti üzrə texniki-iqtisadi hesablamaların aparılması bacarığı
  • Layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodologiyalar barədə məlumatlılıq
  • Multidissiplinar layihə komandaları ilə koordinasiya və idarəetmə bacarığı
  • Analitik düşünmə, problemlərin operativ həlli və qərarvermə bacarıqları
  • Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları

İxtisas tələbləri

  • Memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
  • Memarlıq və layihələndirmə sahəsində minimum 5 il iş təcrübəsi
  • Böyük tikinti layihələrində memar və ya aparıcı memar kimi iş təcrübəsi üstünlükdür

Proqram bilikləri:

  • AutoCAD – yüksək səviyyədə
  • Revit və ya ArchiCAD – üstünlükdür
  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı

Dil bilikləri:

  • Azərbaycan dili – yüksək səviyyədə
  • İngilis və rus dili biliyi üstünlükdür

CV, portfolio və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə vakansiyanın adını yazaraq göndərə bilərsiniz.

  • Daily57
  • Weekly530
  • Monthly533