C Company
  • 156

Company

Digər

Baş Mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mexanik

  • Deadline 19 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Fasiləsiz istehsalat şəraitində mexaniki avadanlıqların təhlükəsiz və dayanıqlı istismarını təmin etmək
  • Yüksək temperatur və fasiləsiz rejimdə çalışan istehsalat xətləri, sobalar və köməkçi mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək
  • Mexaniki avadanlıqlar üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili və icrasına rəhbərlik etmək
  • Qəza və texniki nasazlıqlar zamanı operativ müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək
  • Ehtiyat hissələrinin uçotu, ehtiyacın planlaşdırılması və səmərəli istifadəsinə nəzarət etmək
  • Texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət olunmasını təmin etmək
  • Avadanlıqların istismar müddətinin artırılması və texniki risklərin azaldılması üzrə təkliflər vermək
  • Texniki sənədlərin, təmir qrafiklərinin və hesabatların hazırlanması
  • Tabeçiliyində olan mexanik heyətinin işinin təşkili, növbələrin planlaşdırılması və fəaliyyətinə nəzarət etmək

Namizədə tələblər:

  • Ali təhsil (Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə)
  • Fasiləsiz istehsalat mühitində mexaniki avadanlıqlar üzrə dərin biliklər
  • AutoCAD proqramını üzrə biliklər – mütləqdir
  • Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə üstünlükdür
  • Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi

İş şəraiti:

  • İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
  • İş yeri Sumqayıt
  • Nahar əvəzi əlavə ödəniş
  • Servis xidməti mövcuddur
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Müraciət qaydası:

Mövzu hissəsində “Baş Mexanik” qeyd etməklə cv-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily3
  • Weekly501
  • Monthly1680