C Company
  • 1.1K

Company

Digər

Baş mühasib

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 23 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibat-maliyyə hesabatlarını (Mənfəət və zərər, Balans hesabatı, Pul vəsaitinin hərəkəti haqqında hesabatlar) həm İFRS həm da Vergi tələblərinə uyğun tərtib edə bilmək; 
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • Əsas vəsaitlərin uçotunu, amortizasiya hesablamalarının aparılmasını həyata keçirtmək və şirkətin aktivlərinin düzgün dəyərdə tanınmasını təmin etmək;
  • Vergi hesabatlarının (Mənfəət vergisi, ÖMV, Fiziki şəxslərin gəlir vergisi, ƏDV) eləcə də statistik hesabatların düzgün hesablanıb vaxtında müvafiq dövlət qurumlarına təqdim edilməsi;
  • Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiq yolları təklif etmək.
  • Maliyyə hesabatlarının hazırlanması və analizi;
  • Cari Xərclərin yoxlanılması və təsdiq olunması;
  • Qısa və uzun müddətli satış proqnozların hazırlanması və planlaşdırılması;
  • Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
  • Büdcə və faktiki xərcləri müqayisə etmək,

Namizədə tələblər:

  • Ali təhsil ( İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində);
  • Maliyyə sahəsində (hesabatlılıq və büdcə planlaması) minimum 1-3 il (mütləqdir), Mühasibatlıq sahəsində aparıcı/baş mühasib kimi 3-5 ilədək iş təcrübəsi;
  • Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
  • MS office (excell yüksək səviyyədə), 1 C.
  • Yüksək səviyyədə Azərbaycan və yaxshi səviyyədə ingilis dili biliyi;
  • Problem həlletmə; detallara diqqət etmə.
  • Analitik düşüncə.

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:00 - 18:00) 
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibədə müəyyən olunacaq. 

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

  • Günlük0
  • Həftəlik698
  • Aylıq1395