C Company
  • 882

Company

Digər

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 6 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
  • Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması
  • Vergi, Statistika, DSMF hesabatlarının hazrılanması və təqdim edilməsi
  • Əməliyyatların ERP proqramda və mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-material aktivlərin, mal-material ehtiyatların  uçotunun düzgünlüyünə nəzarət etmək;
  • Debitor və kreditor borcların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Rəhbərliyə hesabatların hazırlanıb, təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə).
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi.
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 
  • MS Office və ERP proqramlarından (1C)istifadə etmək bacarığı.
  • Vergi və əmək qanunvericiliyini uçotunun yüksək səviyyədə bilməli.
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikat PMS), F3 və F7 sertifikatları üstünlükdür 
  • Liderlik və idarəetmə bacarıqları;
  • Ünsiyyət, münasibət qurmaq və komanda ilə işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və məsuliyyətlilik.

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
  • İş saatları: 09:00-18:00
  • İş yeri - Bakı şəhəri
  • Əmək haqqı- 3500-4000 AZN (namizədin bilik və bacarığına əsasən təyin ediləcək)

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly493
  • Monthly1067