İş şəraiti
- İş qrafiki: 5 günlük (09:00 – 18:00)
- Əmək haqqı: 1000-1200 AZN
Vəzifə öhdəlikləri:
- Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
- Vergi və digər dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatları hazırlayır və təqdim edir;
- Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
Namizədə tələblər:
- İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
- MS Office - Excel, 1C proqramları bacarığı;
- Analitik düşünmə qabiliyyəti,
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür.
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını mövzu yerində “Baş muhasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.