İnşaat şirkəti Baş mühasib vakansiyasını elan edir
İşin təsviri:
- Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
- Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin etmək;
- ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak, Statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması, şəxsi hesab vərəqəsinə nəzarət etmək;
- Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsinə nəzarət etmək;
- Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək;
- 1C proqramında şirkətin bütün hesabatlarını düzgün mədaxilini və silinmələri nəzarətdə saxlamaq, proqramda yaranan problemlərlə bağlı müvafiq şöbələrlə koordinasiyalı işləyərək həllini təşkil etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq həll etmək;
- İllik auditorlar palatası üçün maliyyə hesabatlarının hazırlanması
- Yaranmış vəziyyət tələb etdikdə rəhbərlik qarşısında təşəbbüs qaldırmaq, təklikflər vermək.
Tələblər:
- Təhsil: Ali (İqtisadi)
- İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan
- Dil bilikləri: Azərbaycan (Rus və ingilis dili biliyi üstünlükdür)
- Vergi Məcəlləsi və müvafiq normative hüquqi-aktlar üzrə biliyə sahib olmalı
- Peşəkar Mühasib Sertifikatı mütləqdir
- Riyazi hesablama aparmaq, analitik təhlil etmək qabiliyyəti
- Kompüter bilikləri: 1C 8.3 Proqram biliyi mütləqdir və MS Office yaxşı səviyyədə bilməsi.
İş şəraiti:
- Beş günlük iş həftəsi
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.