C Company
  • 783

Company

Digər

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 24 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətə Baş mühasib tələb olunur!

Vəzifə öhdəlikləri:

  • Şirkətdə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə, Vergi Məcəlləsinə və mühasibat uçotu standartlarına uyğun təşkili və aparılması.
  • Tabeliyində olan mühasiblərə rəhbərlik və işlərinin koordinasiya edilməsi
  • Mühasibatlıq proqramının düzgün konfiqurasiya edilməsinə nəzarət
  • Gəlir, xərc və istehsal maya dəyərinin bölgüsü üzrə uçot siyasətinin hazırlanması və tətbiqi;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər kadr əməliyyatları üzrə mühasibat qeydlərinin aparılması;
  • Dövri əməliyyatların mühasibatlıq proqramına müntəzəm qaydada daxil edilməsi
  • Vergi bəyannamələrinin və digər hesabatların vaxtında və düzgün hazırlanması və təqdim edilməsi
  • Şirkətlərin gündəlik bank, alqı-satqı, gömrük əməliyyatlarının düzgün və vaxtında yerinə yetirilməsi
  • Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması
  • Mühasibat sənədlərinin (hesab-fakturalar, aktlar, qaimələr, bank əməliyyatları və s.) düzgünlüyünün və tamlığının yoxlanması
  • Rəhbərliyin tələbinə əsasən maliyyə və digər hesabatların və maliyyə təhlillərinin hazırlanması 

Digər tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə)
  • Baş mühasib vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi
  • Kənd təsərrüfatı sahəsində ən azı 1 il iş təcrübəsi
  • 1 C-də və digər proqramlarda işləmə bacarığı
  • Ms. Office programları, Excel yüksək səviyyədə
  • Mühasibatlıq və vergi qanunvericiliyi sahəsində biliklərin olması
  • Komanda ilə işləmə bacarığının olması
  • Dəqiqlik, məsuliyyətlilik, vaxtında icra və hesabatlılıq bacarığı;
  • Rus dili mütləqdir, İngilis dili əlavə üstünlükdür

Yuxarıdakı tələblərə uyğun şəxslərdən əmək haqqı gözləntilərini qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily5
  • Weekly575
  • Monthly2122