C Company
  • 421

Company

Digər

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 27 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Baş mühasib Maliyyə Rəhbərinə və Direktora hesabat verir;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Əkinçilik və heyvandarlıq üzrə mühasibat uçotunu təşkil etmək;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr tərtib etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək;
  • Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik edir, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil etmək;
  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərmək;
  • Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
  • Dövlət orqanlarına olan hesabatların doğruluğunu təsdiqlədikdən sonra tədim etmək;
  • Subsidiya alınması üçün sənədlərin hazırlanması və təqdim edilməsini təmin etmək;
  • Anbar silinmələri , xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını yoxlamaq uyğunsuzluq olarsa düzəldilməsini təmin etmək;
  • Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin etmək;
  • Təhtəl hesablamaları aylıq olaraq qaytarılmasını , işlərin yekunlaşmasına nəzarət etmək;
  • ƏDV , şəxsi hesab vərəqəsi və digər hesabları aylıq olaraq yoxlanılması , kənarlaşmaları həll etmək;
  • Aylıq inventarizasiya prosesini təşkil etmək , işçilərin bölgüsünü həyata keçirtmək prosesi aktlarla yekunlaşdırmq;
  • İllik əsas vəsaitlərin inventarizasiya proesini təşkil etmək , prosesin icrasına nəzarət etmək , 1C-də lazımı düzəlişləri etmək;
  • Satış müqavilələrin, QRP və əlavələrin təmini , təsdiqi,qruplaşdırılması və toplanılması;
  • Kassa əməliyyatlarına nəzarət edilməsi,Gündəlik kassa hesabatının yoxlanılması, kassa kitabının təsdiqlənməsi;
  • Mühasibat uçotu sənədlərnin gündəlik olaraq yoxlanılması, toplanılmasına nəzarət edilməsi, əskikliklər barədə aidiyyatı əməkdaşa tapşırıqlar vermək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
  • Minimum 3 il baş mühasib kimi iş təcrübə;
  • Əkinçilik və heyvandarlıq üzrə təcrübə; (arzuolunandır)
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
  • E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
  • ACCA, CFA, PMS üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: 1600-2300 (namizədin bilik-bacarığına əsasən)

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.

  • Daily0
  • Weekly600
  • Monthly2490