C Company
  • 349

Company

Digər

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 5 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Sektor: Tikinti 
  • İş rejimi: 6 günlük 
  • Əmək haqqı: Razılaşma yolu ilə

Şirkətin maliyyə və mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkili, vergi və maliyyə hesabatlılığının düzgün aparılması, tikinti layihələri üzrə maliyyə proseslərinin effektiv idarə olunmasının təmin edilməsi məqsədilə Şirkətimiz  təcrübəli “ Baş mühasib” vakansiyasını açıq elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə və mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkili və aparılması;
  • Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
  • Tikinti layihələri üzrə maliyyə xərclərinin uçotu və nəzarəti;
  • Maliyyə axınlarının planlaşdırılması və nəzarət mexanizmlərinin qurulması;
  • Mühasibat sənədlərinin düzgün və tam şəkildə rəsmiləşdirilməsinə nəzarət;
  • Əmək haqqı, ezamiyyə və digər ödənişlərin düzgün hesablanmasının təmin edilməsi;
  • Audit yoxlamaları zamanı müvafiq məlumatların hazırlanması və təqdim edilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • ACCA və ya digər beynəlxalq sertifikatlar;
  • Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (tikinti sektorunda təcrübə üstünlükdür) ;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartları üzrə yüksək bilik;
  • 1C Mühasibatlıq proqramı və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Dəqiqlik və yüksək məsuliyyət;
  • Maliyyə analizi və hesabatların idarə olunması bacarıqları.

Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər. 

  • Daily8
  • Weekly481
  • Monthly484