İş barədə məlumat:
- Təşkilat: Klinika
- İş növü: Tam ştat
- İş qrafiki: 5/2, 09:00–18:00
- Əmək haqqı: 3000 azn net
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun tam və düzgün aparılmasına nəzarət;
- Pul vəsaitlərinin hərəkəti, anbar və mal-material uçotunun təşkil olunması;
- Əmək haqqı və DSMF ödənişlərinin hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
- Vergi, DSMF və digər rüblük hesabatların hazırlanıb dövlət orqanlarına təqdim edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müvafiq mühasibat proqramında (1C və ya bənzəri) işlərin aparılması;
Tələblər:
- Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq)
- Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (klinikada təcrübə üstünlükdür)
- Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər
- PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir
- 1C və MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı
Maraqlanan namizədlər CV-ləri “Baş mühasib” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.