Baş mühasib

  • Deadline 3 July 2026

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat uçotunun Vergi Məcəlləsinin, Beynəlxalq Mühasibat Uçotu Standartlarının və tikinti sahəsi üzrə normativ tələblərin uyğun olaraq düzgün təşkili;
  • Daxil olan pul vəsaitlərinin, tikinti materiallarının, inventarların, əsas vəsaitlərin və davam edən tikinti layihələrinin tam uçotunun aparılması;
  • Tikinti işləri, subpodratçı xidmətləri, materiallar və layihə üzrə xərclərin uçotunun aparılması;
  • Pul vəsaitlərinin, tikinti materiallarının, avadanlıqların və əsas vəsaitlərin inventarizasiyasının aparılması;
  • Mühasibatlıq uçotunun təşkili və icrasına nəzarət edilməsi;
  • 1C proqramınını tikinti modulunda yüksək səviyyədə işləmək bacarığı;
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin (əlavələrlə birlikdə), DSMF və Statistik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Əməkhaqqı hesablanma cədvəllərinin hazırlanması (əməkhaqqı, əlavə iş saatları, məzuniyyət haqqı, son haqq-hesab və xəstəlik vərəqələri daxil olmaqla) və əməkhaqlarının vaxtında ödənilməsinin təmin edilməsi;
  • Layihə büdcələrinin, tikinti xərclərinin və davam edən layihələrin maliyyə göstəricilərinin izlənilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;
  • Ödənişlərə nəzarət, kreditor/debitor hesablarının izlənilməsi və “internet banking” vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • Gündəlik və aylıq maliyyə və layihə hesabatlarının hazırlanması;
  • Maliyyə hesabatlarının hazırlanması (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı);
  • Tikinti sahəsinə aid maliyyə sənədləri üzrə satınalma, anbar və layihə idarəetmə komandaları ilə koordinasiya;
  • Dövlət Vergi Xidməti və digər nəzarət orqanları tərəfindən keçirilən auditlər zamanı məsul şəxs qismində iştirak etmək;
  • Məxfilik prinsiplərinə riayət olunmasının təmin edilməsi.

Namizədə tələblər:

  • Mühasibat uçotu/Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində ali təhsil;
  • Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
  • Tikinti sektorunda iş təcrübəsi mütləqdir;
  • Tikinti sahəsi üzrə vergi və hesabatlıq tələbləri daxil olmaqla vergi qanunvericiliyini dərindən bilmək;
  • 1C 8.3, MS Excel və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
  • PMS, ACCA və ya digər yerli/beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Tikinti layihələri üzrə maliyyə hesablamaları, maya dəyəri analizi və büdcələşdirmə bacarığı;
  • Maliyyə, vergi və tikinti fəaliyyəti ilə bağlı qanunvericilik və normativ aktlar üzrə biliklər;
  • Tikinti biznes proseslərini və maliyyə qərarlarının şirkətin KPI göstəricilərinə təsirini anlama bacarığı.

İş şəraiti: İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily147
  • Weekly452
  • Monthly452