Əsas vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun Vergi Məcəlləsinin, Beynəlxalq Mühasibat Uçotu Standartlarının və tikinti sahəsi üzrə normativ tələblərin uyğun olaraq düzgün təşkili;
- Daxil olan pul vəsaitlərinin, tikinti materiallarının, inventarların, əsas vəsaitlərin və davam edən tikinti layihələrinin tam uçotunun aparılması;
- Tikinti işləri, subpodratçı xidmətləri, materiallar və layihə üzrə xərclərin uçotunun aparılması;
- Pul vəsaitlərinin, tikinti materiallarının, avadanlıqların və əsas vəsaitlərin inventarizasiyasının aparılması;
- Mühasibatlıq uçotunun təşkili və icrasına nəzarət edilməsi;
- 1C proqramınını tikinti modulunda yüksək səviyyədə işləmək bacarığı;
- Aylıq, rüblük və illik vergi bəyannamələrinin (əlavələrlə birlikdə), DSMF və Statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Əməkhaqqı hesablanma cədvəllərinin hazırlanması (əməkhaqqı, əlavə iş saatları, məzuniyyət haqqı, son haqq-hesab və xəstəlik vərəqələri daxil olmaqla) və əməkhaqlarının vaxtında ödənilməsinin təmin edilməsi;
- Layihə büdcələrinin, tikinti xərclərinin və davam edən layihələrin maliyyə göstəricilərinin izlənilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi;
- Ödənişlərə nəzarət, kreditor/debitor hesablarının izlənilməsi və “internet banking” vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- Gündəlik və aylıq maliyyə və layihə hesabatlarının hazırlanması;
- Maliyyə hesabatlarının hazırlanması (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı);
- Tikinti sahəsinə aid maliyyə sənədləri üzrə satınalma, anbar və layihə idarəetmə komandaları ilə koordinasiya;
- Dövlət Vergi Xidməti və digər nəzarət orqanları tərəfindən keçirilən auditlər zamanı məsul şəxs qismində iştirak etmək;
- Məxfilik prinsiplərinə riayət olunmasının təmin edilməsi.
Namizədə tələblər:
- Mühasibat uçotu/Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində ali təhsil;
- Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- Tikinti sektorunda iş təcrübəsi mütləqdir;
- Tikinti sahəsi üzrə vergi və hesabatlıq tələbləri daxil olmaqla vergi qanunvericiliyini dərindən bilmək;
- 1C 8.3, MS Excel və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
- PMS, ACCA və ya digər yerli/beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
- Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Tikinti layihələri üzrə maliyyə hesablamaları, maya dəyəri analizi və büdcələşdirmə bacarığı;
- Maliyyə, vergi və tikinti fəaliyyəti ilə bağlı qanunvericilik və normativ aktlar üzrə biliklər;
- Tikinti biznes proseslərini və maliyyə qərarlarının şirkətin KPI göstəricilərinə təsirini anlama bacarığı.
İş şəraiti: İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.