Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 12 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Mühasibat uçotu haqqında Qanuna və digər normativ-hüquqi aktlara uyğun təşkilini və aparılmasını təmin etmək;
  • Müəssisənin gəlir və xərclərinin, pul vəsaitlərinin, debitor və kreditor borclarının, əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər maliyyə əməliyyatlarının düzgün uçotunu həyata keçirmək;
  • Vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə öhdəliklərin düzgün hesablanmasını, bəyan edilməsini və vaxtında ödənilməsini təmin etmək;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, mükafatlar, kompensasiyalar və digər əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək;
  • Vergi bəyannamələrinin, statistik hesabatların və digər məcburi maliyyə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Bank əməliyyatlarına, kassa əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
  • Pasiyent xidmətləri üzrə daxilolmaların, tibbi xidmətlərdən əldə edilən gəlirlərin, sığorta şirkətləri və korporativ müştərilərlə hesablaşmaların düzgün uçotunu təmin etmək;
  • Təchizatçılar, podratçılar, sığorta şirkətləri və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılmasına və üzləşmə aktlarının hazırlanmasına nəzarət etmək;
  • Müəssisədə inventarizasiyanın təşkili, maliyyə sənədlərinin düzgün rəsmiləşdirilməsi və ilkin uçot sənədlərinin qorunmasını təmin etmək;
  • Vergi və digər dövlət orqanları tərəfindən keçirilən yoxlamalar zamanı tələb olunan maliyyə və mühasibat sənədlərini hazırlamaq və təqdim etmək;
  • Daxili maliyyə nəzarətini gücləndirmək, maliyyə risklərini müəyyən etmək və onların qarşısının alınması üçün rəhbərliyə təkliflər vermək;
  • Mühasibatlıq fəaliyyətinin səmərəliliyini artırmaq və uçot proseslərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək.

Namizədə dair tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib və ya mühasibatlıq sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilmiş, qüvvədə olan Peşəkar mühasib sertifikatının (PMS) olması;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Mühasibat uçotu haqqında Qanunu və müvafiq normativ-hüquqi aktları mükəmməl bilmək;
  • Vergi hesabatlarının, maliyyə hesabatlarının və əməkhaqqı hesablamalarının hazırlanması üzrə praktiki təcrübə;
  • Elektron vergi sistemi, e-taxes, e-gov, bank və digər müvafiq elektron portallarla işləmək bacarığı;
  • 1C mühasibatlıq proqramı və MS Excel üzrə yüksək səviyyədə bilik;
  • Maliyyə təhlili, büdcələşdirmə və vergi planlaşdırılması bacarıqları;
  • Dəqiqlik, məsuliyyətlilik, analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Komanda idarəetmə və rəhbərliklə effektiv kommunikasiya bacarığı.

 İş şərtləri:

  • İş qrafiki: Həftənin 5 günü:
  • Əmək haqqı: 2500-3000 azn.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily96
  • Weekly254
  • Monthly834