Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 17 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Konsaltinq şirkəti komandasına təcrübəli Baş Mühasib dəvət edir!

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin və müştəri şirkətlərin mühasibat və vergi uçotunun təşkili, aparılması və nəzarətdə saxlanılması.
  • Mühasibat proseslərinə rəhbərlik edilməsi və onların effektiv idarə olunmasının təmin edilməsi.
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət.
  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi.
  • Vergilərin, əməkhaqqının və məcburi sosial sığorta ödənişlərinin düzgün hesablanmasına nəzarət.
  • Bank əməliyyatlarının, ödənişlərin və qarşılıqlı hesablaşmaların yoxlanılması.
  • Debitor və kreditor borclarına nəzarət.
  • Vergi orqanları, banklar və digər dövlət qurumları ilə əməkdaşlıq.
  • Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi.
  • Mühasibat proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil.
  • Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyini yüksək səviyyədə bilmək.
  • Mühasibat və vergi uçotunun aparılması üzrə praktiki təcrübə.
  • Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə.
  • 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı.
  • E-taxes, ƏMAS və digər müvafiq elektron dövlət sistemləri ilə işləmək bacarığı.
  • Yüksək məsuliyyət, diqqətlilik və analitik düşünmə qabiliyyəti.
  • İş proseslərini müstəqil təşkil etmək və idarə etmək bacarığı.

İş şəraiti:

  • Əməkhaqqı: 1 500–2 000 AZN (təcrübə və bilik səviyyəsindən asılı olaraq).
  • İş yeri: Bayıl, Bakı.
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00.
  • Peşəkar konsaltinq şirkətində stabil iş mühiti.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində Baş Mühasib qeyd etməyiniz xahiş olunur.

  • Daily109
  • Weekly227
  • Monthly1159