Konsaltinq şirkəti komandasına təcrübəli Baş Mühasib dəvət edir!
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin və müştəri şirkətlərin mühasibat və vergi uçotunun təşkili, aparılması və nəzarətdə saxlanılması.
- Mühasibat proseslərinə rəhbərlik edilməsi və onların effektiv idarə olunmasının təmin edilməsi.
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət.
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi.
- Vergilərin, əməkhaqqının və məcburi sosial sığorta ödənişlərinin düzgün hesablanmasına nəzarət.
- Bank əməliyyatlarının, ödənişlərin və qarşılıqlı hesablaşmaların yoxlanılması.
- Debitor və kreditor borclarına nəzarət.
- Vergi orqanları, banklar və digər dövlət qurumları ilə əməkdaşlıq.
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi.
- Mühasibat proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması.
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi.
- Azərbaycan Respublikasının vergi qanunvericiliyini yüksək səviyyədə bilmək.
- Mühasibat və vergi uçotunun aparılması üzrə praktiki təcrübə.
- Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə.
- 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı.
- E-taxes, ƏMAS və digər müvafiq elektron dövlət sistemləri ilə işləmək bacarığı.
- Yüksək məsuliyyət, diqqətlilik və analitik düşünmə qabiliyyəti.
- İş proseslərini müstəqil təşkil etmək və idarə etmək bacarığı.
İş şəraiti:
- Əməkhaqqı: 1 500–2 000 AZN (təcrübə və bilik səviyyəsindən asılı olaraq).
- İş yeri: Bayıl, Bakı.
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00.
- Peşəkar konsaltinq şirkətində stabil iş mühiti.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində Baş Mühasib qeyd etməyiniz xahiş olunur.