Vəzifə öhdəlikləri:
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və departament daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması.
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- 1C proqramı yüksək səviyyədə bilmək;
- Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
- Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- ƏDV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
- Tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
- Rəhbərliyin və Maliyyə direktorunun işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Hesabatların düzgün şəkildə verilməsi
İş şəraiti:
- Əmək haqqı: 1800 AZN ( Müsahibə zamanı təcrübədən asılı olaraq əmək haqqına əlavə ola bilər )
- İş qrafiki: 5 günlük iş həftəsi, bazar günü qeyri-iş günü.
- İş saatı: 09:00 – 18:00 saatlıq iş rejimi
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Baş mühasib” qeyd edərək CV formasını qeyd edilmiş elektron poçt ünvanı və ya +994 51 929 55 11 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.