Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
- Bank və kassa əməliyyatları;
- Tender üçün sənədlərin hazırlanması;
- İnventarizasiya prosesinin həyata keçirilməsi;
- Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı) ;
- Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi;
- Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
- Tikinti sahəsində təcrübə