C Company
  • 370

Company

Digər

Baş mühasib (Göygöl)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib (Göygöl)

  • Deadline 8 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisədə mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsini və aparılmasını təmin etmək. 
  • Maliyyə, mühasibat və statistik hesabatların vaxtında və düzgün hazırlanmasına nəzarət etmək. 
  • Maliyyə vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək. 
  • Gəlir və xərclərin uçotunun aparılmasını, maliyyə əməliyyatlarının düzgün rəsmiləşdirilməsini təmin etmək. 
  • Əmək haqqı, ezamiyyə, məzuniyyət və digər ödənişlərin hesablanmasını həyata keçirmək. 
  • Vergi, sosial sığorta və digər icbari ödənişlərin vaxtında hesablanmasını və ödənilməsini təmin etmək. 
  • Debitor və kreditor borclarının uçotunu aparmaq, onların vəziyyətini mütəmadi təhlil etmək. 
  • Əsas vəsaitlərin, ehtiyatların və digər maddi sərvətlərin uçotuna və inventarlaşdırılmasına nəzarət etmək. 
  • Rüblük və illik inventarizasiya prosesini təşkili və yekun hesabatını təmin etmək.
  • Müştərilərlə hesablaşmaların aparılması üçün lazım olan sənədləşmələrin və hesabatların hazırlanmasını təmin etmək.
  • Dövlət satınalmaları və müqavilələr üzrə maliyyə sənədlərinin düzgün tərtib olunmasını təmin etmək. 
  • Mühasibat sənədlərinin saxlanılmasını və arxivləşdirilməsini təşkil etmək. 
  • Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək. 
  • Maliyyə intizamının gücləndirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq. 
  • Anbar silinmələri, xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını yoxlamaq uyğunsuzluq olarsa düzəldilməsini təmin etmək;
  • Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyərini hazırlamaq.
  • Şöbədaxili əməkdaşlarının fəaliyyətini əlaqələndirmək, onların işinə nəzarət etmək.
  • Aylıq, rüblük və illik müəssisədaxili maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Aylıq, rüblük və illik icbari hesabatları hazırlamaq, doğruluğundan əmin olduqdan sonra təqdim etmək.
  • Müəssisənin illik büdcə smetasını hazırlamaq, vaxtında icrasına nəzarəti və mütəmadi olaraq hesabatlılığını təmin etmək.
  • Rəhbərliyin tapşırığı ilə maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini aparmaq və hesabatlar hazırlamaq. 
  • Azərbaycan Respublikasının qüvvədə olan maliyyə, vergi, əmək və mühasibat uçotuna aid qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
  • Minimum 3 il baş mühasib kimi iş təcrübə;
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
  • E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
  • ACCA, CFA, PMS üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

Əmək şəraiti:

  • İş yeri: Göygöl rayonu
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş mühasib (Göygöl)” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily143
  • Weekly300
  • Monthly1025