C Company
  • 406

Company

Digər

Baş Mühasib. Maliyyə və mühasibatlıq şöbəsinin müdiri

Baş Mühasib. Maliyyə və mühasibatlıq şöbəsinin müdiri

  • Deadline 3 Avqust 2025

Yer: Bakı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
Sahə: Aqro

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin, mühasibat uçotu və hesabat sənədlərinin hazırlanmasını təmin etmək;
  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat hesabatların tələb olunan vaxtda tərtib və təqdim olunmasına nəzarət etmək;
  • Mühasibat uçotu və hesabat göstəriciləri əsasında Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsini, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodların işlənib hazırlanmasını, pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanmasını təmin etmək;
  • Pul vəsaitinin uçotu, bank hesablarında pul vəsaitinin hərəkətinə nəzarət etmək;
  • Tabel əsasında işçilərin əmək haqqıların vaxtı-vaxtında hesablanması və ödənilməsini, dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və digər ayırmalarının tərtibini təmin etmək və onlara nəzarət etmək;
  • Əsas vəsaitlərin inventarizasiyasının aparılması və amortizasiyanın hesablanmasını təmin etmək;
  • Cəmiyyətin aktivlərin və öhdəliklərinin, Cəmiyyətin ümumi fəaliyyəti üzrə maliyyə nəticələrin
  • uçotunun aparılmasına nəzarət etmək;
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinə nəzarət etmək; 
  • Cəmiyyətə daxil olan alış deklarasiyalarının yoxlanılıb kompyuter proqramına daxil olunmasına nəzarət etmək;
  • Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin
  • hesabına daxil  olan ödəmələrin kompyuter proqramına daxil edərək gündəlik bank qalıqlarının yoxlanılmasına nəzarət etmək;
  • Cəmiyyət tərəfindən təqdim olunan köçürmə ərizələrin
  • ödəmə sifarişlərin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • Birbaşa rəhbərliyi altında çalışan mühasiblərin
  • fəaliyyətinə rəhbərlik etmək;
  • Cəmiyyətin digər xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə, mühasibat uçotu və hesabatların əsasında Cəmiyyətinin maliyyə- təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirmək;
  • Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.
  • Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
  • Maliyyə və mühasibatlıq departamentinin müdiri vəzifəsi üzrə Cəmiyyətin Sağlamlıq, təhlükəsizlik texnikası və əməyin mühafizəsi prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək;
  • Maliyyə və mühasibatlıq departamentinin müdiri vəzifəsi üzrə Cəmiyyətin Keyfiyyətin idarə olunması sistemləri prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək.

Tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili.
  • Minimum 3 il maliyyə rəhbərliyi üzrə iş təcrübəsi.
  • Maliyyə proqramlarını və ERP sistemlərini bilmə (1C 8.3)
  • Vergi və maliyyə qanunvericiliyini bilmək.
  • Analitik düşüncə, liderlik  və qərarvermə bacarığı.
  • İnkişaf yönümlü və yeniliyə açıq.
  • Şirkətin ümumi maliyyə strategiyasının hazırlanması və tətbiqi.
  • Büdcənin tərtib edilməsi və icrasına nəzarət.
  • Maliyyə axınlarının idarə olunması və pul vəsaitlərinin düzgün yönləndirilməsi.
  • İllik və rüblük maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Gəlir və xərclərin təhlili, qənaət imkanlarının müəyyən edilməsi.
  • Vergi və digər rəsmi hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi.
  • Maliyyə risklərinin təhlili və risklərin idarə olunması tədbirlərinin görülməsi.
  • Banklarla və digər maliyyə qurumları ilə əməkdaşlığın təşkili.
  • Tabeçiliyində olan əməkdaşların fəaliyyətinə rəhbərlik və nəzarət. 
  • Komanda ilə işləmək bacarığı.
  • İşə planlı yanaşma, məsuliyyət hissi.

Zəhmət olmasa CV-nizi “Baş mühasib. Maliyyə və mühasibatlıq şöbəsinin müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

  • Daily147
  • Weekly660
  • Monthly540