İş yeri: Sumqayıt
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və IFRS standartlarına uyğun təşkil edilməsi;
- İstehsalat proseslərindən yaranan xərc mərkəzlərinin, istehsal maya dəyərinin və maddi ehtiyatların uçotunun düzgün aparılması;
- Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının IFRS tələblərinə uyğun hazırlanması;
- Büdcə planlaşdırılması, fakt–plan analizi və xərc optimallaşdırılması proseslərinin həyata keçirilməsi;
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi;
- İlkin sənədlərin yoxlanılması, ödəniş tapşırıqlarının hazırlanması və maliyyə intizamına nəzarət;
- Audit yoxlamaları zamanı tələb olunan sənədlərin və izahatların təqdim olunması;
- Mühasibat komandasının fəaliyyətinə rəhbərlik və daxili prosedurların təkmilləşdirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- Mühasibatlıq üzrə minimum 5 il, o cümlədən istehsalat sahəsində ən az 2 il rəhbər vəzifədə iş təcrübəsi;
- IFRS standartları, Vergi Məcəlləsi və Maliyyə hesabatlılığı üzrə dərin biliklər;
- 1C, Excel (advanced level) və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü analitik və hesabat hazırlama bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və rəhbərlik keyfiyyətləri.
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 08:00 – 17:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Baş Mühasib” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.