İşəgötürən:
- Özünün bağ sahəsi olan müasir emal müəssisəsi
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
Vəzifələri:
- Bekoloderi təhlükəsiz və səmərəli idarə etmək.
- Bağ ərazisində torpaq, kanal, drenaj və digər işləri yerinə yetirmək.
- Ting əkini üçün sahələrin hazırlanmasında iştirak etmək.
- Suvarma və drenaj xətlərinin çəkilişi zamanı texnikadan istifadə etmək.
- Texnikanın gündəlik baxışını aparmaq.
- Yanacaq və texniki mayelərin sərfiyyatına nəzarət etmək.
- İş bitdikdən sonra texnikanı təmiz və saz vəziyyətdə təhvil vermək.
- Texnika ilə bağlı yaranan nasazlıqlar barədə dərhal məsul şəxsə məlumat vermək.
Vəzifəyə tələblər:
- Bekaloder/JCB texnikasının idarə olunması üzrə minimum 3 il iş təcrübəsi;
- Bekaloderin bütün funksiyalarını — qazma, yükləmə, torpaq hamarlama, materialların daşınması və s. — peşəkar səviyyədə yerinə yetirmək;
- Müvafiq texnika idarəetmə sənədinə/sertifikatına malik olmaq;
- Texnikanın gündəlik texniki vəziyyətini yoxlamağı bacarmaq;
- Yağ, hidravlik sistem, təkərlər, akkumulyator və digər əsas hissələrə ilkin nəzarət edə bilmək;
- Nasazlıqları vaxtında müəyyən edib rəhbərliyə məlumat vermək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- İş zamanı texnikaya və ətraf ərazilərə zərər vermədən işləmək;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Kənd təsərrüfatı sahəsində və xüsusilə bağlarda işləmə təcrübəsi üstünlükdür.
Şərtlər:
- İş qrafiki: 6 günlük. (Həftə ərzində 40 saatdan çox olmayaraq)
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- Yemək və servis şirkət tərəfindən təmin olunur
CV-ləri Bekoloder sürücüsü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.