İş barədə məlumat:
- Sektor: Otelçilik
- Şöbə: Ön Büro ( Front-Office)
- Əməkhaqqı: 450 AZN (net)
- İş qrafiki: Tam iş rejimi — 5 iş günü / 2 istirahət günü (növbəli iş)
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir
- Forma geyimi təmin olunur
Vəzifə Öhdəlikləri:
- Qonaqları nəzakətlə qarşılamaq və yola salmaq
- Qonaqların baqajlarının daşınmasına köməklik göstərmək
- Qonaqları otaqlara müşayiət etmək və otaq avadanlıqları barədə qısa məlumat vermək
- Qonaqların suallarını cavablandırmaq, lazım olduqda müvafiq şöbələrə yönləndirmək
- Giriş sahəsində və lobbidə səliqə-sahmanı qorumaq
- Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına dəstək olmaq
Tələblər:
- Oxşar sahədə təcrübə üstünlükdür (lakin məcburi deyil)
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – orta səviyyə, Rus dili – orta səviyyədə olması üstünlükdür
- Səliqəli, məsuliyyətli və komanda ilə işləmə bacarığı
- Növbəli iş rejimində çalışmaq imkanı
Müraciət üçün:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərə bilərsiniz. Başlıqda “Bellboy” qeyd etməyiniz xahiş olunur.