Vəzifə Öhdəlikləri:
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təklifləri hazırlamaq;
- Sifarişlərin hazırlanması, göndərilməsi, proformaların alınması və yoxlanılması;
- Xarici və yerli şirkətlərlə bağlanılan müqavilələrin yoxlanılması, sənədlərin qəbulu, qeydiyyatı və saxlanılması;
- Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması;
- Rəhbərliyin verdiyi tapşırıqlar üzrə xarici və yerli tərəfdaş şirkətlərlə yazışmaları və danışıqları həyata keçirmək.
Namizədə tələblər:
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Ali təhsil;
- MS Office (MS Word, MS Excel) üzrə mükəmməl ümumi biliyin olması;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Yüksək kommunikasiya bacarıqları, şifahi və yazılı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: I-V gün 09:00-18:00.
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
- Bakı şəh.,Nəsimi rayonu.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Beynəlxalq əlaqələr üzrə menecer” qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərmələri xahiş olunur.