Əsas vəzifə öhdəlikləri
- Maliyyə məlumatlarının toplanması, analiz edilməsi və strukturlaşdırılması
- Büdcə, xərclər və gəlir göstəriciləri üzrə təhlillərin aparılması və hesabatların hazırlanması
- ERP sistemləri (xüsusilə SAP) üzərindən məlumatların çıxarılması və analitik məqsədlərlə istifadə edilməsi
- İdarəetmə qərarlarının verilməsi üçün məlumat əsaslı analitik yanaşmanın təmin edilməsi
- Maliyyə modellərin qurulması
- Biznes bölmələri ilə birgə işləyərək proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması
Namizədə əsas tələblər
- Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 2 il maliyyə analizi və ya biznes analitikası sahəsində iş təcrübəsi
- ERP sistemləri ilə praktik təcrübə mütləqdir (SAP sistemi ilə təcrübə üstünlükdür)
- Excel üzrə peşəkar səviyyədə biliklər (Pivot table, Power Query, funksiyalar və s.)
- Power BI və ya digər BI alətlərində işləmək bacarığı
- Analitik düşüncə, strukturlaşdırılmış hesabatvermə və təqdimat bacarığı
- Komanda ilə işləmə və nəticəyönümlü yanaşma
- Azərbaycan dili (əla), İngilis dili (əla)
Üstünlük veriləcək hallar
- ACCA (xüsusilə F3, F7, F9) və ya CFA sertifikatlarına malik olmaq
- Python və ya SQL bilikləri
- Maliyyə modelləşdirməsi və ya RPA layihələrində iştirak təcrübəsi
- SAP BW, S/4HANA və ya digər maliyyə modulları ilə tanışlıq
Qeyd: Namizədlər senior və ya middle səviyyəsində dəyərləndirilə bilər.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əmək haqqı və performansa əsaslanan bonuslar.
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
- Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti.
- Könüllü tibbi sığorta
- Nahar.
Maraqlanan namizədlər aşağıdakı "Müraciət et" düyməsinə klikləyərək müraciətlərini göndərə və CV-lərini yükləyə bilərlər. Bütün müraciətlər ədalətli şəkildə nəzərdən keçiriləcək və bütün namizədlərə bərabər imkanlar təqdim olunacaq. Vəzifəyə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq, digər namizədlər isə şirkətin istedad bazasına əlavə ediləcək.