“Biznesin inkişafı departamentinin direktoru” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Vəzifə öhdəlikləri:
- Müəssisənin strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və icrasına rəhbərlik etmək;
- Yeni biznes istiqamətlərinin, bazar imkanlarının və potensial tərəfdaşlıqların araşdırılması və qiymətləndirilməsini təmin etmək;
- Bazar, rəqabət və sektor üzrə trendlərin təhlilini həyata keçirmək, inkişaf təşəbbüsləri üzrə təkliflər hazırlamaq;
- Müəssisənin gəlirliliyinin və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin hazırlanması və icrasını koordinasiya etmək;
- Fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, monitorinqi və nəticələrinin təhlilini təşkil etmək;
- Data əsaslı qərarvermə proseslərinin tətbiqini təmin etmək və rəhbərliyə analitik hesabatlar təqdim etmək;
- İnvestisiya və inkişaf layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək;
- İllik fəaliyyət planlarının və inkişaf strategiyalarının hazırlanmasında iştirak etmək.
Tələblər:
- İqtisadiyyat, biznesin idarə edilməsi, menecment və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Data analitikası və biznes göstəricilərinin təhlili üzrə təcrübə;
- Strateji planlama və layihələrin idarə olunması bacarığı;
- Kənd təsərrüfatı və meyvə-tərəvəz sektorunda iş təcrübəsi üstünlükdür;
- MS Office proqramlarını, xüsusilə Excel və Power BI alətlərini yaxşı səviyyədə bilmək;
- Liderlik, təqdimat və analitik düşünmə bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik.
İş rejimi:
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00.
CV-lərinizi mövzu hissəsində “Biznesin inkişafı departamentinin direktoru” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!