C Company

Company

Digər

Biznesin inkişafı departamentinin direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı departamentinin direktoru

  • Deadline 3 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Biznesin inkişafı departamentinin direktoru” vakansiyası üzrə işçi axtarışı elan edilir!

Vəzifə öhdəlikləri:

  • Müəssisənin strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və icrasına rəhbərlik etmək;
  • Yeni biznes istiqamətlərinin, bazar imkanlarının və potensial tərəfdaşlıqların araşdırılması və qiymətləndirilməsini təmin etmək;
  • Bazar, rəqabət və sektor üzrə trendlərin təhlilini həyata keçirmək, inkişaf təşəbbüsləri üzrə təkliflər hazırlamaq;
  • Müəssisənin gəlirliliyinin və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin hazırlanması və icrasını koordinasiya etmək;
  • Fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, monitorinqi və nəticələrinin təhlilini təşkil etmək;
  • Data əsaslı qərarvermə proseslərinin tətbiqini təmin etmək və rəhbərliyə analitik hesabatlar təqdim etmək;
  • İnvestisiya və inkişaf layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək;
  • İllik fəaliyyət planlarının və inkişaf strategiyalarının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • İqtisadiyyat, biznesin idarə edilməsi, menecment və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Data analitikası və biznes göstəricilərinin təhlili üzrə təcrübə;
  • Strateji planlama və layihələrin idarə olunması bacarığı;
  • Kənd təsərrüfatı və meyvə-tərəvəz sektorunda iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramlarını, xüsusilə Excel və Power BI alətlərini yaxşı səviyyədə bilmək;
  • Liderlik, təqdimat və analitik düşünmə bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik.

İş rejimi:

  • 5 günlük iş qrafiki;
  • İş saatı 09:00-18:00.

CV-lərinizi mövzu hissəsində “Biznesin inkişafı departamentinin direktoru” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin. 

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

  • Daily147
  • Weekly452
  • Monthly452