Biznesin İnkişafı üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin İnkişafı üzrə Menecer

  • Deadline 14 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Departament: Satış və Biznesin İnkişafı

Tabeçilik: Biznesin İnkişafı üzrə Menecerə / Kommersiya Direktoruna

Məşğulluq növü: Tam ştat

Ümumi Məlumat

  • Biznesin inkişafı üzrə mütəxəssis şirkətin böyümə strategiyasının həyata keçirilməsində əsas rol oynayır. Vəzifənin əsas məqsədi yeni bazar imkanlarının araşdırılması, potensial müştəri və tərəfdaşlarla əlaqələrin qurulması, satış həcminin artırılması və şirkətin bazar mövqeyinin gücləndirilməsidir.

Əsas Vəzifə Öhdəlikləri

  • Sərgi, konfrans və digər networking tədbirlərində şirkətin təmsil olunması;
  • Yeni biznes imkanlarının, bazarların və potensial müştərilərin araşdırılması və müəyyən edilməsi;
  • Potensial müştərilər və tərəfdaşlarla ilkin əlaqələrin qurulması, danışıqların aparılması;
  • Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
  • Bazar araşdırmalarının aparılması, rəqiblərin fəaliyyətinin təhlili;
  • Satış planlarının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Kommersiya təkliflərinin, prezentasiyaların və müqavilə layihələrinin hazırlanması;
  • Aylıq, rüblük hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edilməsi;
  • Sərgi, konfrans və digər networking tədbirlərində şirkətin təmsil olunması;
  • CRM sistemində müştəri məlumatlarının vaxtında və düzgün qeydə alınması.

Namizədə Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Marketinq, Menecment və ya digər müvafiq sahə üzrə);
  • Biznesin inkişafı, satış və ya marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Danışıqlar aparmaq və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Analitik təfəkkür və problemləri həll etmək qabiliyyəti;
  • Azərbaycan və İngilis dilində sərbəst, rus dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı;
  • MS Office proqramları (Excel, PowerPoint, Word) üzrə yüksək bacarıq;
  • CRM sistemləri ilə iş təcrübəsi (üstünlükdür);
  • Komanda ilə işləmək bacarığı və nəticəyönümlülük;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) - üstünlükdür;
  • Ezamiyyətə getmək imkanı.
  • Müdafiə Sənayesi üzrə fəaliyyətdir

Tələb Olunan Şəxsi Keyfiyyətlər

  • Təşəbbüskarlıq və proaktivlik;
  • Yüksək məsuliyyət hissi və vaxt idarəetməsi bacarığı;
  • Stresli şəraitdə işləmək qabiliyyəti;
  • Öyrənməyə açıqlıq və inkişaf istəyi;
  • Güclü təqdimat və inandırma bacarıqları.

Şirkət Nə Təklif Edir

  • Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya sistemi (bonuslar);
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dostluq mühiti olan komanda;
  • Karyera yüksəlişi perspektivləri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily33
  • Weekly171
  • Monthly1268