C Company
  • 144

Company

Digər

Böyük mühasib

  • Deadline 3 Avqust 2025

Yer: Bakı, Azərbaycan

Məşğulluq növü: Tam ştat

Sahə: Aqro

Vəzifə öhdəlikləri:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  •  Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirmək;
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyanın aparılmasında iştirak etmək;
  • Maliyyə nəzarəti sahəsində fəaliyyət planlarının hazırlanması və icrasını təmin edilməsi;
  • Maliyyə siyasətinə uyğun olaraq Şirkətin xammal-material, məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edilməsi
  •  Vergi uçotunun aparılması;
  • Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
  • Maliyyə vəsaitlərinə olan tələbat və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi. 
  • Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
  • Böyük mühasib vəzifəsi üzrə Cəmiyyətin Sağlamlıq, təhlükəsizlik texnikası və əməyin mühafizəsi prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək;
  • Böyük mühasib vəzifəsi üzrə Cəmiyyətin Keyfiyyətin idarə olunması sistemləri prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək.

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə təhsil;
  • Kompüter bilikləri: Microsoft office Excel əla səviyyədə; 
  • 1C Mühasibat Proqramını işləmə bacarığı; 
  • Vergi Məcəlləsi və Əmək məcəlləsi üzrə biliklər;
  • PMS sertifikatının olması üstünlükdür. 
  • Elektron qaimələrin yazılması, Təhvil-Təslim sənədləri hazırlanması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • ƏDV, ÖMV bəyannamələri BTP proqramı ilə verilməsi
  • Kargüzarlıq sistemi üzrə ərizələr yazılması, məktubların cavablandırılması
  • Vahid Muzdlu MDSS hesabatların verilməsi;
  • Statistika hesabatlarının verilməsi;
  • Mühasibatlıq üzrə 3-5 il iş təcrübəsi.

Zəhmət olmasa CV-nizi “Böyük mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly524
  • Monthly404