C Company
  • 589

Company

Digər

CEO Assistant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CEO Assistant

  • Deadline 20 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas Vəzifələr və Məsuliyyətlər:

  • CEO-nun gündəlik iş qrafikinin planlaşdırılması, iclasların təşkili və koordinasiyası
  • Strateji təşəbbüslərin icrasında CEO-ya operativ və analitik dəstək
  • Daxili və xarici kommunikasiyaların effektiv idarə olunması (e-poçtlar, yazışmalar, hesabatlar)
  • Rəhbərlik üçün analitik arayışlar, təqdimatlar və qərarvermə üçün sənədlərin hazırlanması
  • Görüşlərdə iştirak və müvafiq qeydlərin aparılması, nəticələrin izlənməsi
  • CEO-nun iştirakı tələb olunan məsələlər üzrə ilkin araşdırmaların və həll yollarının təqdim olunması
  • Layihələrin idarə olunmasında çevik (agile) yanaşma tətbiq edərək problemlərin operativ həlli
  • Şirkət daxilində müxtəlif şöbə və funksiyalarla koordinasiya aparmaq və prosesləri optimallaşdırmaq
  • Mədəni və nəzakətli şəkildə rəhbərliyin gündəlik ehtiyaclarının qarşılanması, o cümlədən qonaqların qəbulunda və görüşlər zamanı çay və müvafiq qonaqpərvərlik xidmətlərinin təşkili
  • Təhlükəli və ya kritik situasiyalarda düşünülmüş və sürətli reaksiya vermək bacarığı

Namizədə Tələblər:

  • Yaş aralığı: 25–40
  • Cins - Xanım
  • Təhsil: Ali təhsil (menecment, iqtisadiyyat, hüquq və ya müvafiq sahələr üzrə)
  • Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə), İngilis dili (üstünlükdür)
  • İş təcrübəsi: Minimum 3 il rəhbərlik səviyyəsində köməkçi və ya əlaqəli vəzifələrdə təcrübə
  • Güclü məntiqi və analitik düşüncə qabiliyyəti
  • Problemlərin tənqidi və yaradıcı yanaşma ilə həlli bacarığı
  • Yaxşı təşkilatçılıq, prioritetləşdirmə və çoxsaylı vəzifələr arasında balansı saxlamaq bacarığı
  • Yüksək səviyyədə punktuallıq və məsuliyyət hissi
  • Konfidensiallıq və etibarlılıq prinsiplərinə ciddi şəkildə riayət
  • İnkişaf etmiş emosional zəka və effektiv kommunikasiya bacarığı
  • Yüksək stresə davamlılıq, təzyiq altında soyuqqanlı qalmaq və gərgin situasiyalarda çevik qərarvermə bacarığı
  • Konfliktlərin peşəkar şəkildə idarə olunması, razılaşmaların yaradıcı və ədalətli yolla əldə edilməsi
  • Proaktiv yanaşma və təşəbbüskar davranış

Üstünlük Sayılan Cəhətlər:

  • Korporativ mühitdə və ya beynəlxalq şirkətdə təcrübə
  • Agile, Lean və ya digər müasir idarəetmə metodologiyaları ilə tanışlıq
  • Tətbiqi proqram təminatlarına (MS Office, Google Workspace) bələdlik
  • Yeni texnologiyalara və idarəetmə alətlərinə tez uyğunlaşmaq bacarığı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily66
  • Weekly317
  • Monthly1845