Görüləcək işlər:
- ƏL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə təşkilat tərəfindən riayət olunmasının təmin edilməsi;
- Təşkilat tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatlar hazırlamaq;
- Müştəri sifarişlərinin qəbulu zamanı KYC prosedurlarının düzgün aparılmasına, həmçinin müvafiq siyahılar ilə üzləşdirilməsi (skrininq) prosesinə nəzarət;
- Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması;
- Gündəlik əsasda Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli olan məlumatları əldə edir, yoxlayır, məsul şəxsə təqdim edir və reyestrını tutur;
- Maliyyə Monitorinqi Xidmətindən daxil olan “Təhlükəli şəxslər”in siyahısını daxili proqramda yenilənməsini təmin edir.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə azı 1 il iş təcrübəsinin olması; (ÇPY və ƏL/TMM istiqamətində)
- MS Office proqramları üzrə biliklərin yüksək səviyyədə olması;
- Data base-lərlə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində danışıq və yazı səviyyəsinin yüksək olması tələb olunur, rus və ingilis dilinin yaxşı səviyyədə olması arzuolunandır.
- Analitik düşüncəyə malik olmaq;
- İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
- Komandada işləmək bacarığının olması;
- Operativ və düzgün qərar vermək bacarığının olması;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
- Təşəbbüskarlıq, yeni fikir və təkliflər irəli sürmə bacarıqlarının olması.
İş şərtləri:
- Rəsmi sənədləşmə;
- iş rejimi: 09:00-18:00 / 5 gün;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Bu vakansiya ilə bağlı müraciət etmək üçün mövzu yerində "TMM" yazaraq CV göndərməyiniz xahiş olunur.