C Company
  • 492

Company

Digər

ÇPY və ƏL/TMM üzrə mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ÇPY və ƏL/TMM üzrə mütəxəssis

  • Deadline 30 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Görüləcək işlər:

  • ƏL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə təşkilat tərəfindən riayət olunmasının təmin edilməsi;
  • Təşkilat tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatlar hazırlamaq;
  • Müştəri sifarişlərinin qəbulu zamanı KYC prosedurlarının düzgün aparılmasına, həmçinin müvafiq siyahılar ilə üzləşdirilməsi (skrininq) prosesinə nəzarət;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması;
  • Gündəlik əsasda Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli olan məlumatları əldə edir, yoxlayır, məsul şəxsə təqdim edir və reyestrını tutur;
  • Maliyyə Monitorinqi Xidmətindən daxil olan “Təhlükəli şəxslər”in siyahısını daxili proqramda yenilənməsini təmin edir.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə azı 1 il iş təcrübəsinin olması; (ÇPY və ƏL/TMM istiqamətində)
  • MS Office proqramları üzrə biliklərin yüksək səviyyədə olması; 
  • Data base-lərlə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində danışıq və yazı səviyyəsinin yüksək olması tələb olunur, rus və ingilis dilinin yaxşı səviyyədə olması arzuolunandır.
  • Analitik düşüncəyə malik olmaq;
  • İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq, yeni fikir və təkliflər irəli sürmə bacarıqlarının olması.

İş şərtləri:

  • Rəsmi sənədləşmə;
  • iş rejimi: 09:00-18:00 / 5 gün;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

Bu vakansiya ilə bağlı müraciət etmək üçün mövzu yerində "TMM" yazaraq CV göndərməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik263
  • Aylıq263