Ölkənin retail sektorunda fəaliyyət göstərən aparıcı şirkət üçün təcrübəli menecer axtarılır.
Vəzifə öhdəlikləri:
- Müştəri münasibətləri idarəetmə (CRM) strategiyalarını inkişaf etdirmək və həyata keçirmək;
- Müştəri bazasını analiz edərək, müştəri məmnuniyyətini artıran proqramlar hazırlamaq.
- Müştəri loyallığı və təkrarlanan satışları təşviq etmək üçün kampaniya və təkliflər hazırlamaq.
- Müştəri məlumatlarını effektiv şəkildə idarə etmək, müvafiq hesabatlar və təhlillər təqdim etmək.
- CRM sisteminin optimallaşdırılması və müştəri məlumat bazasının düzgünlüyünü təmin etmək.
- Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək, müştəri təcrübəsini və məhsul təqdimatını inkişaf etdirmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: CRM sahəsində minimum 2-3 il
- CRM proqram təminatları ilə bağlı təcrübə.
- Analitik düşünmə bacarığı və müvafiq hesabatların hazırlanması.
- Komanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti.
- Microsoft Office proqramlarına (xüsusən Excel və PowerPoint) yaxşı səviyyədə.
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “CRM Menecer" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.