Data Analitika üzrə Ekspert

  • Истекает 2 июль 2026

Vəzifə öhdəlikləri

  • Biznes strukturlarından daxil olan analitik tələblərin toplanması və təhlili; 
  • Müxtəlif mənbələrdən məlumatların toplanması, emalı və keyfiyyətinə nəzarət edilməsi; 
  • Dashboard, hesabat və analitik modellərin hazırlanması; 
  • Biznes prosesləri üzrə KPI-ların formalaşdırılması və monitorinqi; 
  • Power BI vasitəsilə vizuallaşdırma həllərinin hazırlanması və dəstəklənməsi; 
  • SQL sorğularının yazılması və məlumat bazaları ilə işlənilməsi; 
  • Məlumatların təhlili əsasında rəhbərlik və biznes istifadəçiləri üçün təqdimatların hazırlanması; 
  • Mövcud hesabat və analitik həllərin təkmilləşdirilməsi; 
  • Müxtəlif layihələr çərçivəsində biznes və texniki komandalarla əməkdaşlıq edilməsi. 

Tələblər

  • Riyaziyyat, statistika, iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil; 
  • Data analitika, biznes analitikası və ya BI sahəsində minimum 2 il iş təcrübəsi; 
  • SQL bilikləri (orta və ya yüksək səviyyə); 
  • Power BI ilə işləmə təcrübəsi; 
  • Excel proqramını yüksək səviyyədə bilməsi; 
  • Məlumatların təhlili və problem həll etmə bacarığı; 
  • Analitik düşüncə və detallara diqqət; 
  • Azərbaycan dili səlis, ingilis dili üzrə texniki sənədlərlə işləmək bacarığı; 
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı. 

Üstünlük hesab olunur

  • Python bilikləri; 
  • ETL prosesləri üzrə təcrübə; 
  • DAX və Power Query bilikləri; 
  • Maliyyə, risk, büdcə və ya korporativ hesabatlılıq sahələrində təcrübə; 

Biz nə təklif edirik?

  • Böyük korporativ mühitdə işləmək imkanı; 
  • Maraqlı analitik və transformasiya layihələrində iştirak; 
  • Peşəkar inkişaf və öyrənmə imkanları; 
  • Rəqabətqabiliyyətli əmək haqqı; 
  • Peşəkar və dəstəkçi komanda mühiti;
  • Nahar;
  • Maşın üçün parklanma yeri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly305
  • Monthly305