Vəzifə öhdəlikləri
- Biznes strukturlarından daxil olan analitik tələblərin toplanması və təhlili;
- Müxtəlif mənbələrdən məlumatların toplanması, emalı və keyfiyyətinə nəzarət edilməsi;
- Dashboard, hesabat və analitik modellərin hazırlanması;
- Biznes prosesləri üzrə KPI-ların formalaşdırılması və monitorinqi;
- Power BI vasitəsilə vizuallaşdırma həllərinin hazırlanması və dəstəklənməsi;
- SQL sorğularının yazılması və məlumat bazaları ilə işlənilməsi;
- Məlumatların təhlili əsasında rəhbərlik və biznes istifadəçiləri üçün təqdimatların hazırlanması;
- Mövcud hesabat və analitik həllərin təkmilləşdirilməsi;
- Müxtəlif layihələr çərçivəsində biznes və texniki komandalarla əməkdaşlıq edilməsi.
Tələblər
- Riyaziyyat, statistika, iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Data analitika, biznes analitikası və ya BI sahəsində minimum 2 il iş təcrübəsi;
- SQL bilikləri (orta və ya yüksək səviyyə);
- Power BI ilə işləmə təcrübəsi;
- Excel proqramını yüksək səviyyədə bilməsi;
- Məlumatların təhlili və problem həll etmə bacarığı;
- Analitik düşüncə və detallara diqqət;
- Azərbaycan dili səlis, ingilis dili üzrə texniki sənədlərlə işləmək bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı.
Üstünlük hesab olunur
- Python bilikləri;
- ETL prosesləri üzrə təcrübə;
- DAX və Power Query bilikləri;
- Maliyyə, risk, büdcə və ya korporativ hesabatlılıq sahələrində təcrübə;
Biz nə təklif edirik?
- Böyük korporativ mühitdə işləmək imkanı;
- Maraqlı analitik və transformasiya layihələrində iştirak;
- Peşəkar inkişaf və öyrənmə imkanları;
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Peşəkar və dəstəkçi komanda mühiti;
- Nahar;
- Maşın üçün parklanma yeri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.