C Company
  • 337

Company

Digər

Daxili Audit üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Audit üzrə aparıcı mütəxəssis

  • Deadline 15 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 2200 AZN 
  • İş qrafiki: 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

  • İllik Daxili Audit Planına əsasən daxili audit yoxlamaları aparmaq;
  • Şirkətin Audit siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini hazırlayıb həyata keçirmək;
  • Müştəri və podratçılarla hesablaşmanın auditi;
  • Illik daxili audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanması;
  • İnkassasiya məlumatlarının sistem üzərindən seçmə üsulla yoxlanılması;
  • Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə hesabat hazırlamaq; 
  • Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  • Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub olunmamasına nəzarət etmək;
  • Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək
  • Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadiyyat,maliyyə yönümlü);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 2 il iş stajı;
  • Güclü maliyyə və mühasibat bilikləri
  • MS Office proqramlarını bilməli;
  • Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
  • Yeni məlumatları qəbul və icra edə bilmə;
  • Komandada işləmək və kommunikasiya bacarığı;
  • Özünütənqid, işində intizamlı, stressə davamlı və inkişafa meyilli;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Ezamiyyət etmək imkanı
  • “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
  • Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
  • Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
  • Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu yerində “Daxili Audit üzrə aparıcı mütəxəssisqeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

  • Daily0
  • Weekly653
  • Monthly1402