C Company
  • 354

Company

Digər

Daxili Nəzarət şöbəsinin müdir müavini

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Nəzarət şöbəsinin müdir müavini

  • Deadline 4 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şöbə müdiri tərəfindən verilmiş səlahiyyətlər daxilində sektorların fəaliyyətinə nəzarəti həyata keçirmək və fəaliyyətini əlaqələndirmək, Cəmiyyətdə əmək, icra və xidmət intizamına riayət olunmasını təmin etmək;
  • Cəmiyyətin strukturunda daxili nəzarət tədbirlərinin təşkilini və həyata keçirilməsini təmin etmək; 
  • Daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasını təmin etmək; 
  • Cəmiyyətin strukturunda aparılacaq xidməti yoxlamaların və araşdırmaların planlarının tərtib edilməsini və aparılmasını təmin etmək;
  • Cəmiyyətin strukturu və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsini təmin etmək; 
  • Cəmiyyətin strukturunda əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
  • Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə yaranmış mübahisələrin həllində iştirak etmək və hüquqi həll variantları barədə təkliflər vermək;
  • Şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək; 
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlamasına nəzarət etmək və həmin sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasına nəzarət etmək;
  • Qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

Tələblər: 

  • Ali təhsil (audit və ya hüquq ixtisasları üzrə); 
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 5 il iş stajı;
  • Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi; 
  • Beynəlxalq Daxili Audit standartlarını bilməsi; 
  • Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik olmalı; 
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı; 
  • Azərbaycan dilini səlis və ingilis dilini yaxşı səviyyədə bilməsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı müsahibə əsasında təyin olunur.
  • Nəqliyyat xidməti.

Uyğun namizədlər CV-lərini "Daxili nəzarət şöbəsinin müdir müavini" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily142
  • Weekly369
  • Monthly390