Vəzifə öhdəlikləri:
- Şöbə müdiri tərəfindən verilmiş səlahiyyətlər daxilində sektorların fəaliyyətinə nəzarəti həyata keçirmək və fəaliyyətini əlaqələndirmək, Cəmiyyətdə əmək, icra və xidmət intizamına riayət olunmasını təmin etmək;
- Cəmiyyətin strukturunda daxili nəzarət tədbirlərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
- Daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasını təmin etmək;
- Cəmiyyətin strukturunda aparılacaq xidməti yoxlamaların və araşdırmaların planlarının tərtib edilməsini və aparılmasını təmin etmək;
- Cəmiyyətin strukturu və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsini təmin etmək;
- Cəmiyyətin strukturunda əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
- Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə yaranmış mübahisələrin həllində iştirak etmək və hüquqi həll variantları barədə təkliflər vermək;
- Şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlamasına nəzarət etmək və həmin sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
- Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasına nəzarət etmək;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.
Tələblər:
- Ali təhsil (audit və ya hüquq ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 5 il iş stajı;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
- Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
- Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik olmalı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilini səlis və ingilis dilini yaxşı səviyyədə bilməsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsasında təyin olunur.
- Nəqliyyat xidməti.
Uyğun namizədlər CV-lərini "Daxili nəzarət şöbəsinin müdir müavini" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.